Ana Sayfa > Karusel / Kriminal > Vardanyanı hansı cəza gözləyir?

Vardanyanı hansı cəza gözləyir?


28-09-2023, 13:21. Yazar: Admin

vardanyani-hansi-ceza-gozleyir

Xəbər verdiyimiz kimi, “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Qarabaginfo.az, R.Vardanyana qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Vardanyanı hansı cəza gözləyir?

 - 214.1 (terrorçuluğu maliyyələşdirmə)- bu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

- 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə)- bu maddə ilə ittiham edilən şəxs 12 ildən 20 ilə və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) - maddənin sankiya həddi isə üç yüz manatdan 500 manata kimi cərimə və ya 2 ilə kimi azadlıqdan məhrum etməyə qədərdir.

Qeyd edək k


Geri dön