Ana Sayfa > Karusel / Siyasət / Region > Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib

Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib


27-09-2023, 16:45. Yazar: Admin
“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik”.

 

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, - bəyanatda vurğulanıb.


Geri dön