Ana Sayfa > Karusel / Qarabağ > Qarabağla bağlı istənilən missiya Bakının razılığı ilə mümkündür - Peskov

Qarabağla bağlı istənilən missiya Bakının razılığı ilə mümkündür - Peskov


26-09-2023, 15:01. Yazar: Admin

Qarabağla bağlı istənilən missiya Bakının razılığı ilə mümkündür - Peskov

 

"Qara dəniz donanmasının komandiri admiral Sokolovun iddia edilən ölümü ilə bağlı məlumatımız yoxdur".

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O, Quranı yandırmaqda ittiham olunan şəxsin Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu tərəfindən döyülməsini şərh etməkdən imtina edib. Peskov təsdiqləyib ki, Putin oktyabrda Qırğızıstana səfər etməyi və orada Lukaşenko ilə görüşməyi planlaşdırır. Sözçü bir gün əvvəl Putinin Lukaşenko ilə telefon danışığı olduğunu təsdiqləyib. 

"Rusiya Federasiyası daxili işlər naziri Kolokoltsev və Paşinyanın cari məsələləri müzakirəsi tamamilə normaldır. Moskva Qarabağla bağlı Bakı və İrəvanla əlaqələri davam etdirir. Moskva ilə İrəvan arasında iqtisadiyyat sahəsində əməkdaşlıq Ermənistanın inkişafına mühüm töhfə verir, Rusiya bundan sonra da kömək edəcək. Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Rusiya sülhməramlıları mövcud mandatlarına uyğun olaraq məsələnin həllinə kömək etməkdə davam etmək niyyətindədirlər. Qarabağla bağlı istənilən missiya yalnız Bakının razılığı ilə mümkündür. Rusiya Federasiyası ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Qarabağ nizamlanması prosesində faktiki iştirak edir", - o bildirib.

 

Peskov ABŞ-ın İrəvana bu sahədə əməkdaşlıq təklifini şərh edərək, Rusiya Federasiyasının enerji sektorunda Ermənistana yardımını və resursların güzəştli tədarükünü xatırladıb.

 

"Vladimir Putinin KXDR-ə səfərinin tarixi hələ müəyyən edilməyib", - sözçü əlavə edib.


Geri dön