Ana Sayfa > Karusel / İdman > "Neftçi" - "Qalatasaray" matçının stadionu dəyişdirildi

"Neftçi" - "Qalatasaray" matçının stadionu dəyişdirildi


11-09-2020, 17:20. Yazar: Admin

 

Neftçi - Qalatasaray matçının stadionu dəyişdirildi

"Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin matçının stadionu dəyişdirilib. 

Qarabaginfo.az xəbər verir ki, "Report.az"a istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Bakcell Arena"da olmayacaq. Matç Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq. 

Bununla bağlı hər iki klubun arasında razılıq əldə olunduqdan sonra UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq, oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da start götürəcək.


Geri dön