Ana Sayfa > Karusel / Siyasət > ABŞ-dan sülh müqaviləsi AÇIQLAMASI

ABŞ-dan sülh müqaviləsi AÇIQLAMASI


26-09-2023, 14:09. Yazar: Admin

ABŞ-dan sülh müqaviləsi AÇIQLAMASI

 

"ABŞ hesab edir ki, Ermənistan və Azərbaycanın davamlı sülh sazişi əldə etməsi vacibdir".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

“Bu, bir müddətdir ki, təbliğ etdiyimiz bir şeydir. Biz açıq şəkildə dedik ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, buna nail olmaq olar. Açığı, biz son bir neçə ayda belə bir şey görməmişik. Qeyd edim ki, prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğuna inanırıq”, - o qeyd edib.

 

Millerin sözlərinə görə, ABŞ yaranmış vəziyyətdən narahatdır. “Deyim ki, bizim vacib hesab etdiyimiz birincisi, hazırda mövcud olan atəşkəs rejiminin qorunub saxlanması, növbəti hərbi əməliyyatların olmaması, ikincisi, Qarabağ əhalisinin humanitar ehtiyaclarının ödənilməsi; üçüncüsü, Azərbaycan və Ermənistanın davamlı sülh sazişi əldə etməsidir”.


Geri dön