Ana Sayfa > Karusel / Gündəm > Simonyan ermənilərə od qoydu: “İndiki Ermənistan ermənilərə aid deyi!”

Simonyan ermənilərə od qoydu: “İndiki Ermənistan ermənilərə aid deyi!”


26-09-2023, 13:19. Yazar: Admin

Simonyan ermənilərə od qoydu: “İndiki Ermənistan ermənilərə aid deyi!”

Rusiyanın RT telekanalının baş redaktoru, milliyətcə erməni Marqarita Simonyan İrəvanda rəsmi səfərdə olan Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə münasibət bildirib.

Qarabaqinfo.az ın məlumatına görə, dünən İrəvanda səfərdə olan Vladimir Kolokoltsev baş nazir Nikol Paşinyanla görüşündə bildirib ki, Qərb və ABŞ Ukraynadakı vəziyyətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir.
 

“Kolokoltsev haqlı olaraq bildirdi ki, Qərb Ermənistanla yalnız Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır, ABŞ ermənilərin taleyindən narahat deyil. Razıyam. Bircə onu əlavə edəcəyəm ki, indiki Ermənistan ermənilərə aid deyil”, - Marqarita Simonyan deyib.

RT-nin baş redaktoru onu da vurğulayıb ki, Kim Kardaşyan və hətta NATO Ermənistana kömək etməyəcək.


Geri dön