Ana Sayfa > Karusel / Təhsil > Müşavir: "Məktəb bufetlərinin açılması nəzərdə tutulmayıb"
Müşavir: "Məktəb bufetlərinin açılması nəzərdə tutulmayıb"11-09-2020, 17:10. Yazar: Admin |
Məktəblərdə yeməkxanalar işləməyəcək. Qarabaginfo.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib: "İbtidai sinif şagirdləri məktəbə yemək gətirib, tənəffüs vaxtı yeyə biləcəklər. Hələ ki, bufetlərin açılması nəzərdə tutulmayıb. Ancaq internat tipli məktəblərdə yeməkxanalar işləyəcək". Geri dön |