Ana Sayfa > Karusel / Siyasət > Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçirilir

Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçirilir


25-09-2023, 11:24. Yazar: Admin

parlamentde-qerbi-azerbaycana-qayidisla-bagli-dinleme-kecirilir

Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilir.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımından qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.  

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edirlər.


Geri dön