Ana Sayfa > Karusel / Qarabağ / Kriminal > Qarabağda ermənilərin mərmər zavodunun zirzəmisində gizlətdiyi silah-sursat aşkarlanıb

Qarabağda ermənilərin mərmər zavodunun zirzəmisində gizlətdiyi silah-sursat aşkarlanıb


25-09-2023, 11:10. Yazar: Admin

 

Mərmər zavodunun zirzəmisində tank əleyhinə raket kompleksi aşkarlandı - VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.


Geri dön