Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib.
Bu barədə Sevastopol qubernatoru Mixail Razvijaeyv bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb.
Qubernator əlavə edib ki, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Qubernator Qara dəniz donanmasının qərargahına ikinci raket hücumunun ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.