Ana Sayfa > Karusel / Dünya > Peskov Putinin TŞ toplantısından və Ərdoğanla təmasdan DANIŞDI
Peskov Putinin TŞ toplantısından və Ərdoğanla təmasdan DANIŞDI22-09-2023, 14:25. Yazar: Admin |
"Yanacağın bahalaşması ilə bağlı “sosial partlayışlar” üçün heç bir ilkin şərt yoxdur, Rusiya Nazirlər Kabineti öz işini görür".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. "Moskva Kiyev və Varşava arasında "sürtünmənin" artacağını proqnozlaşdırır. Rusiya Federasiyası ABŞ-ın BMT Baş Assambleyasında Mərkəzi Asiya ölkələri ilə görüşünü izləyib, Moskva üçün əsas məsələ region dövlətləri ilə dialoqu davam etdirməkdir. Rusiya Federasiyasından benzin və dizelin ixracına qoyulan məhdudiyyət yanacaq bazarında sabitliyi təmin etmək üçün lazım olan qədər davam edəcək. Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət ABŞ-da vergiyə cəlb edilərsə, məhkəmə iddiaları gözlənilir.
Ərdoğanla söhbət hələ Putinin planında deyil, lazım gələrsə, tez bir zamanda söhbət təşkil oluna bilər. Putin sentyabrın 22-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - deyə o qeyd edib. Geri dön |