Ana Sayfa > Karusel / Qarabağ / Hadisə > Şuşada mina partlayışı - Traktorçu xəsarət aldı

Şuşada mina partlayışı - Traktorçu xəsarət aldı


22-09-2023, 14:22. Yazar: Admin

 

Şuşada mina partlayışı - Traktorçu xəsarət aldı

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Belə ki, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

Geri dön