“Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından sonra uzunmüddətli sülhün bərqərar olacağını gözləyir”.
Qarabaginfo.azxəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O, həmçinin sülh sazişinin bütün bəndlərinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
“Xüsusən də Ermənistan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsə və sülh sazişinin bəndləri tez bir zamanda icra olunsa, regionda sülh və əmin-amanlıq mühiti yaranacaq”, – Gülər qeyd edib.