Ana Sayfa > Karusel / Gündəm > Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı
Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı22-09-2023, 10:23. Yazar: Admin |
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verib. Qarabaginfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, E.Şıxlı Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb. Xüsusi ittihamçı iddia ərizəsində göstərib ki, əvvəldən tanımadığı Əlihüseyn Ağayev “TikTok”da onu təhqir edib, şərəf və ləyaqətinə xələl gətirən sözlər işlədib. Məhkəmədə xüsusi ittihamçının vəkili Həbib Əliyev çıxış edib. Vəkil müvəkkilinin təhqir olunduğunu təsdiq edən kifayət qədər sübutlar olduğunu bildirərərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin sanksiyası həddində cəzalandırılmasını istəyib. Müdafiə tərəfi isə özünü təqsirli bilməyərək bəraət qərarı çıxarılmasını xahiş edib. Hakim Murad Aslanov tərəflərin fikirlərini öyrəndikdən sonra qərarını açıqlayıb. Qərara əsasən, Əlihüseyn Ağayev verilmiş ittihamla təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Qeyd edək ki, Elçin Şıxlı Xalq yazıçısı İsmayıl Şıxlının oğludur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin ayna.az saytı və Ayna TV-nin təsisçisidir. Geri dön |