Ana Sayfa > Karusel / Qarabağ > Bakı Qarabağın erməni əhalisi üçün ərzaq yükü göndərir –Avtomobillər Xankəndiyə gedir

Bakı Qarabağın erməni əhalisi üçün ərzaq yükü göndərir –Avtomobillər Xankəndiyə gedir


22-09-2023, 10:02. Yazar: Admin

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb.

Avtomobillər Ağdam rayonu ərazisindən Əsgərana doğru hərəkət edir.

Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.

Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq.

 


Geri dön