Ana Sayfa > Karusel / Qarabağ > Peskovdan Qarabağ açıqlaması - Araşdırırıq...

Peskovdan Qarabağ açıqlaması - Araşdırırıq...


21-09-2023, 17:01. Yazar: Admin

Peskovdan Qarabağ açıqlaması - Araşdırırıq...

"Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı araşdırma aparılır".

 

Qarabaqinfo.az  TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağdakı insanlara kömək etmək üçün hər cür səy göstəriblər: "Rusiya Federasiyası Qarabağda davamlı atəşkəsə və evakuasiya edilmiş mülki şəxslərin geri qaytarılması ehtimalına ümid edir".

 

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Qarabağda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı hələlik heç bir konkretlik yoxdur. Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var.


Geri dön