Ana Sayfa > Karusel / Gündəm > Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı21-09-2023, 16:30. Yazar: Admin |
Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 5 hərbçinin ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb. Qarabaqinfo.az saytı Musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu - red.) komandiri Qiyas Abbasovdur. Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib. Q. Abbasovun 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.
O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci Korpusa komandir təyin olunub. Daha əvvəl isə 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışıb. Geri dön |