Ana Sayfa > Karusel / Siyasət > Dünyanın diqqəti Yevlaxdadır - Azərbaycanın şərtləri qəbul ediləcək!
Dünyanın diqqəti Yevlaxdadır - Azərbaycanın şərtləri qəbul ediləcək!21-09-2023, 12:35. Yazar: Admin |
Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı 24 saatdan az davam edən antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi. Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir.
Qarabaqinfo.az bildirir ki, Yevlax görüşü dünya mətbuatının da diqqətindədir.
Bir çox ölkənin nüfuzlu xəbər agentlikləri Yevlax görüşünü işıqlandırır. Yalnız mətbuat deyil, regionda maraqları olan ölkələrin siyasətçiləri, liderləri Yeclax görüşünü diqqətlə izləyir. Dünən Prezident İlham Əliyevlə telefon danışığında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Yevlaxda görüşünü müsbət dəyərləndirib.
Artıq məlumdur ki, Yevlaxdakı görüşdə Qarabağdakı erməni əhalisini Davit Melkumyan və Sergey Martirosyan təmsil edir. Azərbaycan tərəfdən isə əslən Ağdərədən olan Milli Məclisin deputatı Ramin Məmmədov iştirak edir. O, mart ayında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Azərbaycan tərəfi Ermənistan rəsmiləri ilə görüşlərlə yanaşı, Qarabağın erməni icmasının nümayəndələri ilə də görüşlərə açıq olduğunu nümayiş etdirib. Martda Xocalıda belə bir görüş baş tutub. Sonradan rəsmi Bakı Bərdə, Yevlax kimi şəhərlərdə və paytaxt Bakıda da belə müzakirələrin keçirilməsini təklif edib, amma Qarabağ ermənilərinin nümayəndələri bundan imtina edib.
İmtina isə erməni separatçıları üçün fəlakətlə nəticələnib...
24 saatdan az müddətdə davam edən lokal antiterror tədbirləri sepratçıların təslim olması və Azərbaycanın şərtlərini qəbul etmələri ilə nəticələnib.
Şübhəsiz ki, bu, Azərbaycanın mütləq qələbəsidir. Moskvanın, Vaşinqtonun, Brüsselin, Parisin, Lissabonun, Bişkekin və s. həll edə bilmədiyi məsələ Yevlaxda birdəfəlik öz həllini tapacaq! Geri dön |