Ana Sayfa > Karusel / Siyasət > Yevlaxa gələn Qarabağ ermənilərini bu şəxs təmsil edir - AD-SOYAD

Yevlaxa gələn Qarabağ ermənilərini bu şəxs təmsil edir - AD-SOYAD


21-09-2023, 11:06. Yazar: Admin

 

Yevlaxa gələn Qarabağ ermənilərini bu şəxs təmsil edir - AD-SOYAD

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir. 

Qarabaqinfo.az saytı xəbər verir ki, görüşdə iştirak edən Qarabağ ermənilərinin 2 nəfər nümayəndəsindən birinin kimliyi dəqiqləşib. Belə ki, Xankəndidən Yevlaxa gələnlərdən biri Qarabağ separatçılarının sondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” adlı "fraksiyanın" rəhbəri Davit Melkumyandır.
 

Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirlərindən 23 saat 43 dəqiqə sonra separatçılar təslim olduqlarını bəyan ediblər. Nəticədə Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə antiterror tədbirləri dayandırılıb.


Geri dön