Ana Sayfa > Karusel > Anar Eyvazov: Sülhməramlı kontingentə vəzifələrini icra etmələri üçün zəruri şərait yaradılır

Anar Eyvazov: Sülhməramlı kontingentə vəzifələrini icra etmələri üçün zəruri şərait yaradılır


20-09-2023, 10:18. Yazar: Admin

Anar Eyvazov: Sülhməramlı kontingentə vəzifələrini icra etmələri üçün zəruri şərait yaradılır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.

Qarabaginfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.

"Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır", MN sözçüsü əlavə edib.


Geri dön