Ana Sayfa > Karusel > Mirzoyan Norveç XİN başçısı ilə Qafqazı müzakirə etdi

Mirzoyan Norveç XİN başçısı ilə Qafqazı müzakirə etdi


19-09-2023, 15:10. Yazar: Admin

Mirzoyan Norveç XİN başçısı ilə Qafqazı müzakirə etdi

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huiltfeldtlə görüşüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni nazir X-də paylaşım edib.

Bildirilib ki, görüş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ-da baş tutub.

 

Qeyd olunub ki, tərəflər ikitərəfli siyasi dialoqu və Norveçin Ermənistandakı islahatlara dəstəyini müzakirə ediblər. Məlumata görə, həmçinin Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön