Ana Sayfa > Karusel > Zakir Həsənov Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə Türkiyə müdafiə nazirini məlumatlandırıb

Zakir Həsənov Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə Türkiyə müdafiə nazirini məlumatlandırıb


19-09-2023, 15:06. Yazar: Admin

 

Zakir Həsənov Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə Türkiyə müdafiə nazirini məlumatlandırıb
<iframe width="0" height="0" frameborder="0" scrolling="no"></iframe>

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.


Geri dön