Ana Sayfa > Karusel / Qarabağ > Növbəti erməni təxribatı - İki hərbçimiz yaralandı

Növbəti erməni təxribatı - İki hərbçimiz yaralandı


19-09-2023, 12:58. Yazar: Admin

Növbəti erməni təxribatı - İki hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

 

Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

 

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.


Geri dön