Ana Sayfa > Karusel / Region > “Ərdoğanın təklif etdiyi görüşün tarixi hələ məlum deyil”

“Ərdoğanın təklif etdiyi görüşün tarixi hələ məlum deyil”


19-09-2023, 10:45. Yazar: Admin

erdoganin-teklif-etdiyi-gorusun-tarixi-hele-melum-deyil

“Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü ilə bağlı konkret tarix və məkan məlum deyil”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “RİA Novosti” yayıb.

“Hələ ki bu məsələ təklif səviyyəsində olaraq qalır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinə Qarabağla bağlı dördtərəfli görüş keçirməyi təklif edib.

 


Geri dön