Ana Sayfa > Karusel / Hadisə > “Azərenerji”nin 2 əməkdaşı həlak oldu - Laçında ağır qəza

“Azərenerji”nin 2 əməkdaşı həlak oldu - Laçında ağır qəza


19-09-2023, 10:42. Yazar: Admin

azerenerjinin-2-emekdasi-helak-oldu

Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Mollalar kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı saytımıza bildirib ki, hazırda Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – 28 yaşlı Məmmədov Məhəmməd Mübariz oğlu və 65 yaşlı Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.


Geri dön