Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan qondarma rejimin “hökumət” strukturlarının aradan qaldırılmasını və qanunsuz silahlıların tərksilah olunmasını tələb edir
Azərbaycan qondarma rejimin “hökumət” strukturlarının aradan qaldırılmasını və qanunsuz silahlıların tərksilah olunmasını tələb edir18-09-2023, 17:50. Yazar: Admin |
Azərbaycan həll yolunu tapmaqda maraqlıdır və bunu öz vasitəçiliyini təklif edən bütün tərəflərlə səmimi fəaliyyəti ilə sübut edib. İstisna olmadan bütün hallarda Ermənistan tərəfi müxtəlif bəhanələrlə əldə edilmiş razılıqları pozub. Bunun yeganə səbəbi isə vəziyyəti uzatmaq, gərginliyi artırmaq və sonda normallaşma prosesini pozmaq olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqdə bildirilib. Qeyd edilib ki, Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atılan ardıcıl addımlarla sübut edilib: “Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir. Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər”. Geri dön |