Ana Sayfa > Karusel / Region > Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb

Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb


18-09-2023, 16:55. Yazar: Admin

Konstitusiya Məhkəməsi Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, məlumatı Konstitusiya Məhkəməsi yayıb.

Bildirilib ki, iş baxılması üçüm məhkəmənin Plenumuna təqdim edilib.

Qeyd olunub ki, işə 1 ay ərzində baxıldıqdan sonra məhkəmə rəyini parlamentə təqdim edəcək. Konstitusiya Məhkəməsinin rəyi müsbət olarsa, məsələ parlamentdə səsə qoyulacaq.

Qeyd edək ki, Gürcüstanda Prezidentin impiçmenti üçün parlamentin 150 deputatından minimum 100-nün dəstəyinə ehtiyac var. Hakim partiya isə parlamentdə cəmi 84 deputatla təmsil olunur. Müxalif partiyalar artıq impiçmentin əleyhinə olduqlarını bəyan ediblər.


Geri dön