Ana Sayfa > Karusel / İdman > "Neftçi"nin zədəli oyunçusunun son durumu 

"Neftçi"nin zədəli oyunçusunun son durumu 


16-09-2023, 14:42. Yazar: Admin

 

 

“Neftçi” Azərbaycan Premyer Liqasının VI turunda bu gün “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı oyundan öncə komandanın sağlamlıq durumu barədə klubun rəsmi televiziyasına açıqlama verib.

O bildirib ki, hazırda komanda üzvlərindən yalnız Rəhman Hacıyev zədəlidir: “Hələlik fərdi hərəkətlər və müalicələrlə kifayətlənir. Ömər Buludov və Eddi İsrafilov artıq komanda ilə məşqlərə qoşulub. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.


Geri dön