Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti nə vaxtadək bahalaşacaq? - İqtisadçılar ŞƏRH ETDİLƏR
Azərbaycan nefti nə vaxtadək bahalaşacaq? - İqtisadçılar ŞƏRH ETDİLƏR15-09-2023, 13:09. Yazar: Admin |
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmağa davam edir. Azərbaycan neftinin 1 bareli üzrə qiymət sentyabrın 8-də 0,71% və ya 0,68 dollar artaraq 96,43 ABŞ dolları təşkil edib. Ötən gün isə "Azeri Light"ın 1 barelinin qiyməti 98,73 ABŞ dolları təşkil edib.
"Neftin qiymətinin bahalaşması gəlirlərini neft vəsaiti əsasında götürən büdcələr üçün yüksək əhəmiyyət kəsb edir. Azərbaycan büdcəsinin böyük hissəsi neftdən daxil olan vəsaitlərdən formalaşır. Bu da ölkəyə maliyyə axını deməkdir. Neftin bahalaşması büdcəyə əlavə vəsaitlərin daxil olması və yeni layihələrin icrası deməkdir. Bu vəsaitlər yol infrastrukturunda, yeni dövlət proqramlarında istifadə olunur. Neft gəlirlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir”.
İqtisadçı ekspert suala belə cavab verib: “Maliyyə məsələləri belədir ki, baş verən bütün siyasi, iqtisadi, təbii hadisələr prosesə öz təsirini göstərir. Hazırda bütün dünyada Rusiya-Ukrayna müharibəsinin çözümü axtarır. Bu baxımdan, artan dinamikanın davam edəcəyini düşünürəm. Müharibə vəziyyətinin kəskinləşməsi və əsas neft hasilatçısı olan körfəz ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarları davam etdikcə, bahalaşmalar sürəcək”. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Azər light” daha keyfiyyətli olduğu üçün bir qədər baha satılır: “Azərbaycan neftinin qiyməti ayrıca hesablanmır. Dünya birjalarında “Brent” markalı neftin qiymətinə uyğunlaşdırılır. Ona görə də, beynəlxalq birjada qiymət yüksəldikcə, “Azər light” da bahalaşır. “Azər light”ın keyfiyyəti daha yüksək olduğuna görə “Brent” markalı neftdən bir az baha satılır. Son 2-3 aydır ki, neftin qiymətində kəskin yüksəliş müşahidə olunur. Dünən neftin qiyməti 94-95 dollara yaxın idi. Bu, göstərici 2023-cü il üçün ilk idi. O cümlədən Azərbaycan neftinin qiyməti artdı. Bunun səbəbləri çoxdur.
Geri dön |