Ana Sayfa > Karusel / Dünya > Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar ortaya çıxıb - URALOĞLU

Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar ortaya çıxıb - URALOĞLU


13-09-2023, 14:03. Yazar: Admin

 

Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar ortaya çıxıb - URALOĞLU

Sentyabrın 13-14-də İstanbulda keçirilən Türkiyə Dövlətləri Təşkilatının Multi-Modal Nəqliyyat və Logistika Forumunun birinci sessiyası işə başlayıb. Tədbirin açılış nitqi ilə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omurəliyev çıxış edib. Tədbirdə regionun dəmir yolu idarələrinin rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin, kommersiya təşkilatlarının və maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da tədbirdə iştirak edib.

Qarabaqinfo.azAkşam" qəzetinə istinadən xəbər verir ki, 2 günlük forumun ilk günündə çıxış edən nazir Zəngəzur dəhlizindən danışıb.

 

"Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar ortaya çıxıb, bu, yaxşı xəbərdir. Kommunikasiya Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan ilə Türkiyə arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatı regionun bütün ölkələrinə fayda verəcək. Çin və Türkiyə arasında Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə ortamüddətli perspektivdə ildə 200-dən çox müntəzəm blok konteyner qatarı ilə daşınma hədəfləyirik. Digər tərəfdən, bu sahədə ölkələrlə əməkdaşlıq edəcəyik. Orta Dəhlizin digər mühüm komponenti olan Xəzər dənizində səmərəli daşınmanı təmin etmək üçün regionda fəaliyyət göstəriləcək", - o qeyd edib.


Geri dön