Ana Sayfa > Karusel / Dünya > Peskov: Rusiya ilə KXDR arasında əməkdaşlıq xalqların xeyrinədir

Peskov: Rusiya ilə KXDR arasında əməkdaşlıq xalqların xeyrinədir


13-09-2023, 12:34. Yazar: Admin

 

Peskov: Rusiya ilə KXDR arasında əməkdaşlıq xalqların xeyrinədir

"Putin və Kim Çen İn arasında aparılan danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılmır".

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 "Geniş tərkibdə danışıqlar başa çatıb, üzbəüz söhbət gedir. Rusiya Federasiyası və KXDR münasibətləri iki ölkənin maraqları əsasında quracaq. Münasibətlərin tam spektri həssas sahələrdə, o cümlədən hərbi sahədə qarşılıqlı əlaqəni nəzərdə tutur.

 

Rusiya ilə KXDR arasında əməkdaşlıq heç kimə qarşı deyil, ölkələrin xalqlarının xeyrinədir. Rusiyanın BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaları ilə bağlı mövqeyi Moskva ilə Pxenyan arasında münasibətlərin inkişafına mane olmur", - o qeyd edib.


Geri dön