Ana Sayfa > Karusel / Dünya > Zaxarovadan Ermənistan barədə SƏRT SÖZLƏR

Zaxarovadan Ermənistan barədə SƏRT SÖZLƏR


12-09-2023, 17:54. Yazar: Admin

 

Zaxarovadan Ermənistan barədə SƏRT SÖZLƏR

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda rəsmi Moskvaya qarşı səsləndirilən iddialara münasibət bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə o, “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində danışıb.

 

Zaxarova vaxtaşırı Ermənistandakı müxtəlif partiyalardan - istər hakimiyyətdə olan insanların, istərsə də siyasi-elmi dairələri təmsil edən şəxslərin fikirlər səsləndirdiyini deyib.

 

O, cəmi iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanda artan anti-Rusiya ritorikasına münasibət bildirdiyini xatırladıb: "Ritorika vəziyyəti həll etməyə kömək edən olmalıdır. Hamı qızışdırmağa, alovlandırmağa, parçalamağa öyrəşib”.

 

Zaxarova deyib ki, heç də hər kəs barışmağı, kömək etməyi, bərpa etməyi, birləşməyi bacarmır: “Bunun uğrunda səy göstərmək, çalışmaq lazımdır”.

 

Geri dön