Ana Sayfa > Karusel / Qarabağ > Rusiya XİN Qarabağla bağlı bəyanat YAYDI
Rusiya XİN Qarabağla bağlı bəyanat YAYDI12-09-2023, 17:32. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Xankəndiyə göndərinlən yardımla bağlı açıqlama verib.
Qarabaqinfo.az xəbər verir ki, açıqlama Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
O qeyd edib ki, Rusiya XİN başçısı Sergey Lavrovun 25 iyulda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş zamanı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Laçın və Ağdamın yollarının paralel açılması sxemi bu işdə maraqlı olan bütün tərəflərlə birgə işlənib hazırlanıb. “Mövqelərin əhəmiyyətli dərəcədə fərqli olduğunu və qarşılıqlı etimadsızlığın yüksək olduğunu nəzərə alsaq, bu işin irəliləməsi asan olmadı. İlk addım olaraq sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin xətti ilə bölgəyə humanitar yardım partiyası çatdırılıb”, - Zaxarova deyib.
Rusiya XİN rəsminin məlumatına görə, Qarabağın erməni sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib: “Əvvəllər əldə edilmiş anlaşma nəzərə alınmaqla, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də açılacağını və bundan sonra humanitar yardımın hər iki istiqamətdə müntəzəm olaraq maneəsiz şəkildə regiona gedəcəyini gözləyirik. Ümid edirik ki, bu yolla Qarabağda humanitar vəziyyət sabitləşəcək və yerli əhalinin normal fəaliyyəti bərpa olunacaq.
Bu, öz növbəsində, Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair 2020-2022-ci illər üçün ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərin bütün kompleks tədbirlərinin həyata keçirilməsi üzrə dinamik işin bərpasına şərait yaradacaq". Geri dön |