Ana Sayfa > Karusel / Cəmiyyət > Temperatur aşağı enib, rayonlara leysan yağıb - Faktiki hava

Temperatur aşağı enib, rayonlara leysan yağıb - Faktiki hava


11-09-2023, 16:49. Yazar: Admin

 

Temperatur aşağı enib, rayonlara leysan yağıb - Faktiki hava

 

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-i saat 15:30-a olan məlumatına əsasən Şahbuz, Naftalan, Tərtər, Mingəçevir, İmişli, Yevlax, Göyçay, Beyləqan, Sabirabad, Cəfərxan, Hacıqabul, Lənkəran, Astara, Neftçala, Biləsuvarda leysan xarakterli yağış yağıb.

 

Xidmətdən Qarabaqinfo.az-a verilən xəbərə görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.


Geri dön