Ana Sayfa > Karusel / Dünya > Rusiya Ermənistanın yanında olub və yanındadır - Peskov
Rusiya Ermənistanın yanında olub və yanındadır - Peskov11-09-2023, 15:33. Yazar: Admin |
"Ukrayna ilə danışıqların bərpası üçün hər hansı bir ilkin şərtlər hələ də yoxdur".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya Federasiyası Ermənistanla tərəfdaşlıq dialoqunda İrəvanın ABŞ-la birgə hərbi təlimlərə niyə ehtiyac duyduğunu anlamağa çalışacaq. Rusiya Federasiyası Ermənistanın KTMT-dən çıxmaq istəyi ilə bağlı rəsmi siqnalları görmür, sadəcə qərbyönlü analitiklərin arqumentləri var. Rusiya Ermənistanın yanında olub və yanındadır, mövcud problemlər dialoq yolu ilə həll edilməlidir. Rusiya müttəfiqi Ermənistan itirməkdən qorxmur, Moskva və İrəvan yaxın olaraq qalır", - o qeyd edib. Geri dön |