Ana Sayfa > Karusel / Region > Nazir müavini Sabirabadda vətəndaşları qəbul edəcək
Nazir müavini Sabirabadda vətəndaşları qəbul edəcək11-09-2023, 11:50. Yazar: Admin |
Sentyabrın 15-də kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Sabirabadda vətəndaşları qəbul edəcək.
Bu barədə Qarabaqinfo.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qəbul saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-54, 050-515-98-41) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Geri dön |