Ana Sayfa > Karusel / Gündəm > Leysan yağıb, dolu düşüb - Faktiki hava
Leysan yağıb, dolu düşüb - Faktiki hava9-09-2023, 13:00. Yazar: Admin |
Senytabrın 9-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı: Oğuzda 49 mm(aylıq normanın 66 %-i), Qəbələdə 41 mm(aylıq normanın 35 %-i), Qaxda 35 mm(aylıq normanın 41 %-i), Şəkidə 28 mm(aylıq normanın 41 %-i), Göygöldə 27 mm(aylıq normanın 59 %-i),Yevlaxda 25 mm(aylıq normanın 111 %-i),Tərtərdə 23 mm(aylıq normanın 92 %-i), Zaqatalada 21 mm(aylıq normanın 25 %-i), Şahdağda 15 mm, Xaçmaz, Ağdam, Balakən, Xaltan, Naftalanda 14 mm, Daşkəsəndə 13 mm, Göyçay, Göytəpə, Gəncə, Gədəbəydə 12 mm, Xınalıq, Qrızda 11 mm, Qusar, Astarada 10 mm, Mingəçevirdə 9 mm(aylıq normanın 36 %-i), Şabran, Qobustan, Yardımlı, Tovuz, Ağstafa, Quba, Ağsu, Şəmkir, Ceyrançöl, İsmayıllı, Lənkəran, Zərdab, Altıağac, Şamaxı, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Lerikdə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 10 mm(aylıq normanın 56 %-i)-dək olub. Külək: Sentyabrın 08-də şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 18 m/s-dək güclənib.
Geri dön |