Ana Sayfa > Karusel / Dünya / Hadisə > Gürcüstanda təbii fəlakət 2 nəfərin canını aldı - Evakuasiya gedir

Gürcüstanda təbii fəlakət 2 nəfərin canını aldı - Evakuasiya gedir


8-09-2023, 15:26. Yazar: Admin

Gürcüstanda təbii fəlakət 2 nəfərin canını aldı - Evakuasiya gedir

Gürcüstanın Quriya bölgəsində təbii fəlakət nəticəsində  2 nəfər həlak olub.

 

Qarabaqinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Xilasedici qüvvələr Silauri kəndində 82 yaşlı qadının cəsədini tapıblar. Qonşu kənddə də torpaq sürüşməsi nəticəsində 13 yaşlı uşaq ölüb.

 

Hazırda regionda axtarışlar davam edir. Bölgəyə 200 xilasedici cəlb olunub. Ümumilikdə 11 nəfər evakuasiya edilib.


Geri dön