Ana Sayfa > Karusel / Qarabağ / Hadisə > Laçında qəza: Yaralılar helikopterlə Bakıya gətirilir - FOTO+VİDEO
Laçında qəza: Yaralılar helikopterlə Bakıya gətirilir - FOTO+VİDEO7-09-2023, 17:18. Yazar: Admin |
Sentyabrım 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Qarabaqinfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.
Geri dön |