Ana Sayfa > Karusel / İdman > AFFA baş məşqçini cəzalandırdı

AFFA baş məşqçini cəzalandırdı


7-09-2023, 15:45. Yazar: Admin

AFFA baş məşqçini cəzalandırdı

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

 

Qarabaqinfo.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.

 43 yaşlı məşqçi bir oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.

 

“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.


Geri dön