Ana Sayfa > Karusel / Dünya > İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur
İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur7-09-2023, 15:42. Yazar: Admin |
“Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur”.
Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix N.Paşinyanın 2020-ci il Tovuz döyüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkəsinin sonrakı aqibətini yaxşı xatırlayır.
Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməli və Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır”, - məlumatda vurğulanıb. Geri dön |