Ana Sayfa > Karusel / Gündəm > Seyran Səxavət Çingiz Abdullayevi MÜDAFİƏ ETDİ: “O xalqını sevərəkdən belə deyib”

Seyran Səxavət Çingiz Abdullayevi MÜDAFİƏ ETDİ: “O xalqını sevərəkdən belə deyib”


11-09-2020, 12:55. Yazar: Admin

"Çingiz Abdullayevin fikirləri son dərəcə normal, yana-yana deyilən, millətini, xalqını sevməkdən irəli gələn münasibətdir".

 

Bu sözləri  xalq yazıçısı Çingiz Abdullayevin azərbaycanlılar və Azərbaycan dili haqqında müzakirələrə səbəb olan statusu haqqında danışarkən yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayev fikirlərində xalqını təhqir etməyib: "O demir ki, hörmətli cahil Azərbaycan xalqı... O deyir, "hörmətli yerli cahillər". Bunu niyə yozurlar ki, guya bütün xalqı təhqir edib? Bununla da razıyam ki, Prezidentimizlə Nikol Paşinyanı müqayisə edib, üstünlüyümüzü göstərib. Bizə hansı ixtisaslar, dillər, kimlər lazımdır, qeyd edib. Mən onu tam dəstəkləyirəm. O, xalqını sevərəkdən belə deyib. Belə bir məşhur deyim var: sən 5 dil bilirsənsə, deməli 5 adama bərabərsən. Bunun nəyi pisdir ki? Amma dil öyrənmək hər şeyi həll etmir.

Məsələn, rus dilini bilmək o demək deyil ki, mənim xalqımı dünya tanıyacaq. Amma başqa millətlərlə ünsiyyətə girməyin birinci şərti onların dilini bilməkdir. Ümumi səviyyə olmalıdır, dünyagörüşü olmalıdır, bu isə dil bilməkdən keçir. Çingiz Abdullayev də qeyd edir ki, Azərbaycan dilini, ana dilini bilmək mütləqdir və bu müzakirə belə olunmamalıdır. Bu çox normal yanaşmadır".

Modern.az


Geri dön