Ana Sayfa > Karusel / Dünya > Ermənistan-ABŞ təlimləri vəziyyətin sabitləşməsinə kömək etmir - PESKOV
Ermənistan-ABŞ təlimləri vəziyyətin sabitləşməsinə kömək etmir - PESKOV7-09-2023, 15:38. Yazar: Admin |
"Putin G20 sammitinin iştirakçılarına videomüraciət ünvanlamağı planlaşdırmır, görüşdə bütün işləri Lavrov aparacaq".
Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Federasiyası ABŞ-ın sanksiyaya məruz qalan iş adamlarının müsadirə olunmuş vəsaitlərini Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə dəstək vermək üçün göndərmək qərarını qanunsuz hesab edir. Ukraynanın tükənmiş uran mərmilərindən istifadəsinin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək. Rusiya Federasiyasının xaricdəki pul vəsaitlərinin qanunsuz tutulmasının hər bir halı ciddi məhkəmə araşdırmalarına səbəb olacaqdır", - o vurğulayıb. Peskov ABŞ-Ermənistan təlimlərinə də yenidən münasibət bildirib.
O qeyd edib ki, Ermənistanla ABŞ arasında hərbi təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir:
"Rusiya Federasiyası, Azərbaycan və Ermənistan İrəvan və Bakı arasında nizamlanma üzrə ciddi işləri davam etdirir". Geri dön |