Ana Sayfa > Karusel / Sosial > Əli Həsənov yeni açıqlama yaydı:
Əli Həsənov yeni açıqlama yaydı:11-09-2020, 12:54. Yazar: Admin |
Prezident Administrasiyasının sabiq şöbə müdir Əli Həsənov özünün Facebook sosial şəbəkəsindəki səhifəsində növbəti açıqlama ilə çıxış edib.
Qarabaginfo.az-ın məlumatına görə, Əli Həsənov son zamanlar mətbuatın onun haqqında çox yazmasından ciddi narahat olduğunu vuğulayıb. O, bəzi jurnalistləri saxta gündəm yaratmağa çalışmaqda ittiham edib.
Bildirib ki, hazırda sağlamlığındakı problemlərin həllilə məşğuldur:
“2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimlərim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm.
Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm.
Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar”.
Əli Həsənov 20-26 avqust tarixində İstanbulda Siyami Ersek xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasımda keçdiyi müayinələrin və müalicənin bəzi sənədlərini də Facebook da təqdim edib. Modern.az Geri dön |