Ana Sayfa > Karusel / Dünya > Yeni nazir hərbi xidmətə çağırışın rəqəmsallaşmasından DANIŞDI

Yeni nazir hərbi xidmətə çağırışın rəqəmsallaşmasından DANIŞDI


7-09-2023, 12:37. Yazar: Admin

 

Yeni nazir hərbi xidmətə çağırışın rəqəmsallaşmasından DANIŞDI

Ukraynanın yeni müdafiə naziri Rüstəm Ömərov hərbi xidmətə çağırışı rəqəmsallaşdırmaq istəyir.

 Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Deutsche Welle" yazıb.

Ali Rada tərəfindən Ukrayna MN rəhbəri vəzifəsinə təyin edilən Ömərov elektron hərbi biletin tətbiqi, çağırışçıların vahid reyestrinin işə salınması və hərbi həkim komissiyalarının işinin bütün mərhələlərinin rəqəmsallaşdırılması planlarını açıqlayıb.

 

"Elektronlaşdırıla bilən hər şey elektronlaşmalıdır. Əsgər haqqında bütün məlumatlar rəqəmsal formada olmalıdır: elektron hərbi bilet, hərbi həkim komissiyası və xəstəxanaların rəqəmsallaşdırılması, elektron jurnal, hərbi hesabatlar - hər şey", - Ömərov vurğulayıb.


Geri dön