Ana Sayfa > Karusel > Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb


7-09-2023, 12:19. Yazar: Admin

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Geri dön