Ana Sayfa > Karusel / Qarabağ > Separatçılar Laçın istiqamətində səngər qazırlar - Ordumuz qarşısını aldı

Separatçılar Laçın istiqamətində səngər qazırlar - Ordumuz qarşısını aldı


6-09-2023, 14:52. Yazar: Admin

 

Separatçılar Laçın istiqamətində səngər qazırlar - Ordumuz qarşısını aldı

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

 

Bu barədə Qarabaqinfo.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

 

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Geri dön