Ana Sayfa > Karusel / Qarabağ > Laçın yolu ətrafındakı vəziyyət siyasi xarakter daşıyır - Ceyhun Bayramov

Laçın yolu ətrafındakı vəziyyət siyasi xarakter daşıyır - Ceyhun Bayramov


5-09-2023, 16:26. Yazar: Admin

 

Laçın yolu ətrafındakı vəziyyət siyasi xarakter daşıyır - Ceyhun Bayramov

 

Laçın yolu ətrafında hazırkı vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıyır.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Kövera məlumat verib.

 Görüşdə Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün “Ağdam-Xankəndi” yolunun açılmasının və buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırkı vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərdiyi bildirilib.

 

Geri dön