Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənilər iki rayonda təxribat törətdi - Ordumuz hərəkətə keçdi
Ana Sayfa > Karusel / Dünya > Ermənilər iki rayonda təxribat törətdi - Ordumuz hərəkətə keçdi

Ermənilər iki rayonda təxribat törətdi - Ordumuz hərəkətə keçdi


4-09-2023, 14:24. Yazar: Admin

Ermənilər iki rayonda təxribat törətdi - Ordumuz hərəkətə keçdi

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

 

Bu barədə Qarabaqinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.


Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.


Geri dön