Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ərdoğan-Putin görüşü: Gündəlikdə nələr var?

Ərdoğan-Putin görüşü: Gündəlikdə nələr var?


4-09-2023, 10:35. Yazar: Admin

Ərdoğan-Putin görüşü: Gündəlikdə nələr var?

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində ikitərəfli görüş keçiriləcək.

 Qarabaqinfo.az xəbər verir ki, "Milliyet" qəzeti görüşün gündəliyindəki əsas məsələlərdən yazıb.

 Belə ki, regionda davamlı sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulanacaq və bu mövzuda fikir mübadiləsi aparılacaq.

Bundan başqa, Ankara Rusiya və Ukrayna arasında birbaşa danışıqların təşkili də daxil olmaqla, vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu Moskvanın diqqətinə çatdıracaq. Burada əsas hədəfin müharibə tərəfləri arasında davamlı sülhün təmin edilməsi olduğu da xüsusi qeyd olunuacaq. 

 Həmçinin Rusiyanın taxıl müqaviləsinə qayıtması məsələsi əsas fokus nöqtələrindən biri kimi çıxış edəcək. Rusiya qazının Türkiyə vasitəsilə Avropaya nəqlinin formulları görüşün gündəliyinə daxil olan digər vacib məsələlərdəndir. Terrorla mübarizə də müzakirə olunacaq.

 Tərəflərin Cənubi Qafqazdakı vəziyyəti də müzakirə etməsi gözlənilir.


Geri dön